“Book Descriptions: "Qətl günü" romanı, Azərbaycan ədəbiyyatında Şərin bədii obrazını yaratmış ən güclü əsərlərdən biridir. Roman üç süjet xəttinə malikdir, əsərdə üç ayrı-ayrı dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb. Müəllif Qacar işğalıyla 37-ci il repressiyası arasında paralellər apararaq çox maraqlı nəticələrə gəlib çıxır. Taleyin kəskin dönümlərində həyatın əbədi sualları qarşısında qalan adamların faciəsi və çətin ömür yolu "Qətl günü" romanının əsas mövzusudur. Ədəbiyyatşünaslar "Qətl günü" romanını Azərbaycan nəsrinin yeni mərhələsi hesab edir.
Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakıda anadan olub. 1953-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Həmin institutun IV kursundan ADU-nun filologiya fakültəsinin beşinci kursuna dəyişilmiş və təhsilini burada tamamlamışdır.
"Azərbaycan" jurnalında ədəbi işçi, nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü və baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, "Ulduz" və "Azərbaycan" jurnallarının baş redaktoru vəzifəsində çalışıb.” DRIVE