“Book Descriptions: Roman, o dövrün mərd, nüfuzlu və köhnə kişilərindən olan Cahandar ağanın Allahyarın arvadı Mələyi götürüb qaçması ilə başlayır. Əsərin süjet xətti də bu hadisədən sonra cərəyan edir. Cahandar ağanın bu hərəkətinə görə oğlu Şamxal evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının israrına baxmayaraq, Qori seminariyasına oxumağa gedir…
Əsərdə mövhumatçıların at oynatması, maarifçilərin isə bunun qarşısını almaq cəhdləri və yorulmaz fəaliyyətləri təsvir olunur.
Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi məhz “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağadır. “Dəli Kür” XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla göstərən bir əsərdir.” DRIVE