“Book Descriptions: Hüseyn Cavid 1918-ci ildə yaradıcılığı üçün çox əhəmiyyətli olan, onun şah əsərlərindən sayılan “İblis” mənzum faciəsini tamamlayıb. Hərb və insanlığın fəlakəti, savaş və humanizının müsibəti problemlərinə Şərq fəlsəfi düşüncə tərzi əsasında yanaşan dramaturqun növbəti səhnə əsəri ilk növbədə romantik faciədir. Cavid hərb aparan hansısa dövlətin siyasətini deyil, bütövlükdə müharibənin faciələrini, iblisliyin insanlığı məhvə sürükləməsini mürəkkəb dramatik kolliziyalarda, psixoloji və fəlsəfi təzadlarla oxuculara çatdırıb.Faciənin əsas ideya yükünü, dramaturq qayəsini əsərin sonunda İblisin dili ilə söylənilən bu misralar dərindən əks etdirir: “İblis nədir? – Cümlə xəyanətlərə bais… Ya hər kəsə xain olan insan nədir? – İblis!..”” DRIVE