“Book Descriptions: Azel "hara", "necə", "niyə", "haçan" suallarını vermir, o, qorxmaz, cəsarətli, sadiq dostdur, eyni zamanda onun saf bir ürəyi var. Sevgiyə və sədaqətə inanır.
Azel və Gülcə
Bu hekayə ruhunda qanadları olan hamı üçün yazılıb; yaşından, arzularından, xəyallarından asılı olmayaraq...
"Gözlə, gələcəm" demək daha çətindir, ya "Gəl sən də mənimlə gedək" söyləmək? Nə qədər güclü sevə bilərsən ki, hündür budağa qonmuş qanadlı bir varlığa "ehtiyatlı ol, yıxılarsan" deyəsən?
Babam və Mən
"Balaca, bir gün gələcək sən böyük işlər görəcəksən", - babası Azelə tez-tez belə deyərdi. Azel gündə ona yüz dəfə "niyə" sualı verərdi. Günəş niyə təkdir, daş niyə daşdır, quş niyə quşdur, bu dəniz niyə buradadır...
"Bilirsən, sən cəsur olanda nəyisə bilmədiyin vaxt da cəsur olursan, etiraf edirsən ki, "bilmirəm"... Ona görə cəsurlar tez-tez, qorxaqlar gec-gec "bilmirəm" sözünü deyirlər".” DRIVE