“Book Descriptions: Bir səhər dəniz sahilində gəzintiyə çıxan Orxan yaşlı bir “düşüncə sehrbazı” ilə tanış olur. Tanımadığı bu qocaya əvvəlcə inamsızlıqla yanaşan Orxan axırda səbrli olmağa və hadisələrin nə ilə bitəcəyini gözləməyə qərar verir...
Həyata göz açdığın andan iki səyahətə başlayırsan: biri iç dünyanda, digəri isə səni əhatələyən böyük dünyada. İç dünyandakı səyahətinin addımları düşüncə və duyğuların əsasında atılır. Böyük dünyadakı səyahətinin coğrafiyası isə vücudunun gəzib-dolaşdığı yerlərlə, məsafələrlə ölçülür. Bu səyahətlər daim bir-biri ilə kəsişir. Böyük dünyaya uzanan yollar daxilindəki kiçik dünyadan keçir – düşüncə və duyğuların səni gedəcəyin yerə aparır. Hazırda olduğun yer də dünənki düşüncələrinin səni gətirdiyi yerdir...
Bu kitab düşüncə dünyanı aydınladacaq Dan ulduzundur. Onun işığını izlə. Bu işıq həyatında yeni səyahətlərin və yolların başlanğıcı olacaq...” DRIVE