“Book Descriptions: Biz povestdə Mehdi Hüseynzadəni ilk dəfə, öz yaxın döyüş yoldaşı Vasya ilə birlikdə, əyinlərində alman libası, Triestin küçələrilə gedən görürük. Onlar faşist zabitlərinin məkanı olan «Doyçe Saldaten hayın» binasına girib, özlərilə gətirdikləri partlayıcı maddəni böyük bir məharətlə orada yerləşdirərək çıxıb gedirlər. Beləliklə, əhvalat getdikcə qızışaraq daha gərgin və daha mürəkkəb bir hal almağa başlayır. Povestdə oxucunun nəzər-diqqətini hər kəsdən çox cəlb edən Mehdidir. Müəlliflər Mehdi surətini ustalıqla yarada bilmişlər. Oxucu onun taleyini böyük bir maraqla izləyir, düşdüyü çətinliklərdən necə qurtaracağını həyəcan və səbrsizliklə gözləyir. Oxucu onu sevir, hər bir vuruşdan salamat qurtarmağını arzu edir.
«Ədəbiyyat və incəsənət» qəzeti, 13 fevral 1954-cü il.” DRIVE