“Book Descriptions: “Düşərgə” adlı roman-bioqrafiyada Günel Mövlud Qarabağ müharibəsi nəticəsində beş il yaşamağa məcbur olduğu çadır-düşərgə həyatını qələmə alıb. Romanda torpaqlarından, evindən, vərdiş etdiyi həyat tərzindən uzaq düşmüş, sahib olduğu hər şeyi itirmiş onlarla insanın taleyi, belə çətin vəziyyətdə yaranan iyerarxiya atmosferi, imtiyazlı fərdlərin qoyduğu qanunlar, ekstremal şəraitin yaratdığı hadisələr, münasibətlər öz əksini tapıb.
Romanın əsas xətti – müharibənin, qaçqınlığın insanların həyatına gətirdiyi səfalət, fiziki əzablar və xəstəliklərlə yanaşı, insanın mənəvi deqradasiyasının qaçılmaz olduğu labüdlüyüdür.
“Müharibə - əxlaqsızlıqdır!” Bu, “Düşərgə” romanının hayqırışıdır.” DRIVE